Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

29 Avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101270S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 9 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) ilə 99.3812 AZN (8.01%) arasında olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 347 460 600AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%) müəyyən edib. Hərrac nəticəsində yerləşdirilmiş istiqrazların ortaçəkili qiyməti 99.3812 AZN (8.01%), istiqrazların yerləşdirilmiş həcmi isə 200 000 000 AZN təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi 26.09.2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır