Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

25 sentyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104010688 ISIN-li, 15 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az Bakı Fond Birjasına istinadən xəbər verir ki,  hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 88.9666 AZN (12.4700%) və 93.9281  AZN (6.50000%) olan 17 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.6558 AZN (7.9699), orta ölçülmüş qiyməti 93.5178 AZN (6.9697%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 44 435 700, 00 AZN, yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 24 sentyabr 2019-cu  ildir.

Hərrac iştirakçıları 24 sentyabr 2019-cu il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır