Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

20 noyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104012684 ISIN-li, 40 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az xəbər verir ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10.000%) və 94.1039 AZN (6.3000%) olan 21 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8869 AZN (7.7000%), orta ölçülmüş qiyməti 92.9934 AZN (7.5760%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 113 391 200,00AZN, yerləşdirilmiş həcmi isə 40 mln manat təşkil edib.

İstiqrazların ödəmə tarixi  19 noyabr 2020-ci  ildir.

Hərrac iştirakçıları 21 noyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır