Dövlət əmlaklarının özəlləşdirilməsinə qoşulmaq üçün vaxt itirməyə və məkanı dəyişməyə ehtiyac yoxdur. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təmin edilən innovativ hərrac imkanları ilə bu proses daha sadədir. Hərracdan öncə onlayn seçim və sifariş prosedurları ilə hər kəs rahatlıqla, əlavə ünsiyyət olmadan iştirakçı statusu qazanır. Olduğu yerdən hərraca qoşulmaq istəyənlər isə Elektron hərrac sistemindən istifadə edə bilər. Belə ki, dövlət əmlaklarının sifarişçiləri və prosesə marağı olan şəxslərin təyin olunan vaxtda onlayn formada hərracda iştirak imkanı var. Bunun üçün Komitənin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) Elektron hərrac bölməsinə daxil olmaq kifayətdir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilən müasir hərraclardan biri də 14 may tarixində keçiriləcək. Hərrac iştirakçısı olmaq istəyən şəxslərin hərracda 58 dövlət əmlakı üzrə seçim etmək imkanı var. Bu dəfə vətəndaşlar seçimlərini 15 səhmdar cəmiyyəti, 31 kiçik dövlət müəssisə və obyekti, 5 yarımçıq tikili və qeyri-yaşayış sahəsi, 7 nəqliyyat vasitəsi üzrə apara bilər.
Özəlləşdiriləcək dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq və elektron sifariş vermək istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi canlı və onlayn formada hərraclarda iştirak edə və ya prosesi ziyarətçi kimi izləyə bilərsiniz.