Hərraca çıxarılan dolların cəmi 19%- satılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə bu gün, fevralın 9-da təşkil etdiyi valyuta hərracına çıxarılan 35 mln. ABŞ dolları tam həcmdə satılmayıb. Hərracda təxminən 6,5 mln. dollara yaxın və ya satışa çıxarılan ümumi vəsaitin 19%-i satılıb. Qeyd edək ki, bundan əvvəlki hərracda, fevralın 7-də təxminən 12 mln. dollar (34%), daha əvvəlki, yəni fevralın 2-də keçirilən hərracda isə 24 mln. dollar (69%) realizə olunub.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır