Hərracda 10 əmlak özəlləşdirilib

 

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi növbəti hərracda Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü olan sahibkarlar da iştirak edib.

28 fevral tarixində keçirilən hərracda komissiyanın sədri hərrac prosedurları və qaydalarını, özəlləşdirilən əmlaklar haqqında təfərrüatlı məlumatları hərrac iştirakçılarına çatdırıb. Hərrac prosesində 5-i kiçik dövlət müəssisə və obyekti, 5-i isə istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla 10 əmlak özəlləşdirilib. Özəlləşdirilən əmlakların 7-si Bakı şəhərində, 3-ü isə müvafiq olaraq respublikanın digər şəhər və rayonlarında yerləşir. Regionlarda özəlləşdirilən müəssisələrə Mingəçevirdə yerləşən 31 saylı Mebel təmiri sexi, Yardımlı və Şəki şəhərində yerləşən qeyri-yaşayış binaları aiddir. Hərracda özəlləşdirilən müəssisələr əsasən paytaxtın Sabunçu, Suraxanı, Nəsimi, Nərimanov, Xətai rayonlarında yerləşir. Özəlləşdirilən müəssisələr müxtəlif təyinatlı olmaqla, əsasən sənaye, xidmət, ictimai iaşə sahələrini əhatə edib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 mart tarixində keçiriləcək növbəti hərraca 17-i kiçik dövlət müəssisəsi, 21 səhmdar cəmiyyətinin səhmləri, habelə 36 istifadəsiz qeyri-yaşayış sahəsi, ləğv edilmiş “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlarda yerləşən 4 əmlakı çıxarılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır