Hərracda  13 əmlak özəlləşdirilib

Avqustun 22-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərrac keçirilib. Hərracda  13 əmlak özəlləşdirilib. Özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisəsi, 5-i istifadəsiz qeyri yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 3 istifadəsiz qeyri yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi və 2  istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bölgələrdə özəlləşdirilən 6 kiçik dövlət müəssisəsinin 3-ü İmişlidə, qalanları isə Göyçayda, Xaçmazda, Sumqayıtda yerləşir.

Özəlləşdirilən əmlakların sahəsi 15  kv.m ilə 49 kv.m arasında dəyişir.

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri  Gəncə şəhərində yerləşən sahəsi 37 kv.m olan qeyri-yaşayış sahəsidir.

Özəlləşdirilən nəqliyyat vasitəsinin markaları Hyundai Sonata və QAZ-3307-dir. Avtomobillər müvafiq olaraq 2007-ci il və 2008-ci ilin buraxılışıdır.

Qeyd edək ki, 2017-ci ildə 110 hərrac keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır