Hərracda 14 əmlak özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 12 sentyabrda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.  Budəfəki hərracda 3 kiçik dövlət müəssisəsi, 11 qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 11 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə isə 2 kiçik dövlət müəssisəsi sahibini tapıb.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Qeyd edək ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib.

Xatırladaq ki, Komitə tərəfindən növbəti belə hərrac 19 sentyabr keçiriləcək. Həmin hərracda 166 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq. Bunlardan 63-ü kiçik dövlət müəssisə və obyekti, 83-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i isə səhmdar cəmiyyətidir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır