7 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104028540 ISIN-li, 45 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 15 investor tərəfindən 36 sifariş təqdim edilib. Sifarişlərin qiymət intervalı 87.0187 AZN (15.0000%) və 94.3689 AZN (5.9999%) olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 150 105 400,00 AZN təşkil edib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 90.9543 AZN (10.0001%), orta ölçülmüş qiyməti 91.8097 AZN (8.9701%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 45 000 000 AZN təşkil edib.
İstiqrazların ödəmə tarixi 6 noyabr 2018-ci ildir.
Hərrac iştirakçıları 8 noyabr 2017-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.