Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 16 may 2017-ci il tarixində növbəti hərrac keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 2-si səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 6-ı istifadəsiz qeyri yaşayış sahəsidir. Bakı şəhəri üzrə 3 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 3 istifadəsiz qeyri yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.
Qeyd edək ki, hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən Təsərrüfat hesablı Təmir-Tikinti sahəsi olub. Sözügedən əmlak 1 milyon 355 min 500 manata özəlləşdirilib. Həmin əmlakın torpaq sahəsi 7869 kv.m, ümumi faydalı sahəsi isə 958 kv.m təşkil edir.
İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 20 min 700 manat olub. Ümumili faydalı sahəsi isə 53 kv.m təşkil edib. Ən ucuz qiymətə özəlləşdirilən əmlak isə 7 min manat olub. Ümumi faydalı sahəsi isə 66.4 kv.m təşkil edib.