Hərracda 20 sifariş təqdim olunub

3 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0101025549 ISIN-li, 10 mln. manat həcmində, 91 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 9 investor tərəfindən qiyməti intervalı  98.0656 AZN (7.9998%) və 98.9025 AZN (4.5003%) olan 20 sifariş təqdim olunub.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.9025 AZN (4.5003%), orta ölçülmüş qiyməti 98.9025 AZN (4.5003%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 32 454 200,00 yerləşdirilmiş həcmi isə 10 mln manat təşkil edib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi – 02 yanvar 2018-cu  ildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır