Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb.
Məlumata əsasən, hərrac 26 fevral 2018-ci il tarixində keçiriləcək. Saat 11:00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 200 milyon manat vəsaitin cəlb edilməsi planlaşdırılır.
Hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 8,01% – 12,99% aralığındadır.
Qeyd edək ki, hibrid formada olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10.00-dır.