Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyulun 25-də hərrac keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 7-si kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 2 kiçik dövlət müəssisəsi, 9 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib. Özəlləşdirilən əmlaklar, ticarət, təsərrüfat, təchizat sahəsinə aid olub.
Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Sabunçu, Nizami rayonlarında, regionlardan isə Gəncə, Mingəçevir şəhəri və Xaçmaz, Cəlilabad, Neftçala rayonlarında yerləşir.
Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən “Samirə” kiçik dövlət müəssisəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 920 kv.m, torpaq sahəsi isə 968 kv.m təşkil edir.
Həmçinin, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Sumqayıt şəhərində yerləşən sahəsi 23,5 kv.m olan qeyri-yaşayış sahəsidir. Hərracda müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilib. KiA Sportage markalı avtomobilin ilkin satış qiyməti 4000 min manat olsada ən son qiymət 7 min manat təklif olunub.
Qeyd edək ki, bu il ərzində Əmlak Məsələləri Dövlət Komitəsində 364 əmlak özəlləşdirilib.