Hərracda 25 investor tərəfindən 57 sifariş təqdim edilib

26 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104002636 ISIN-li, 70 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 25 investor tərəfindən 57 sifariş təqdim edilib. Sifarişlərin qiymət intervalı 84.4746 AZN (18.4800%) və 89.3382 AZN (11.9999%) olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 224 033 900,00 AZN olub.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 87.0187 AZN (15.0000%), orta ölçülmüş qiyməti 87.5261 AZN (14.3301%) müəyyən edilib. Hərrac nəticəsində  istiqrazların yerləşdirilmiş həcmi  70 000 000 AZN  təşkil edib.

İstiqrazların ödəmə tarixi 25 dekabr 2018-ci  ildir.

Hərrac iştirakçıları 27 dekabr 2017-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır