Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0102021547 ISIN-li, 15 mln. manat həcmində, 182 tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 3 investor tərəfindən qiyməti 95.7277 AZN olan 6 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.7277 AZN (8.9999%), orta ölçülmüş qiyməti 95.7277 AZN (8.9999%) müəyyən edilib. İstiqrazların nominal qiymətlə ümumi məbləği 33,969,400.00, yerləşdirilmiş həcmi isə 10 mln. manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 6 mart 2018-ci ildir.
Hərrac iştirakçıları 6 sentyabr 2017-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.