22 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104020547 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 88.1941 AZN (13.4600%) və 93.0588 AZN (7.5000%) olan 11 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 90.3009 AZN (10.8000%), orta ölçülmüş qiyməti 90.3206 AZN (10.7757%) müəyyən edilib. İstiqrazların nominal qiymətlə ümumi məbləği 66,177,600.00 yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilib.
Qeyd edək ki, istiqrazların ödəmə tarixi 21 avqust 2018-ci ildir.