28 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC – nin AZ2021008688 ISIN-li, 25 mln manat həcmində, 18 il (6480 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Belə ki, istiqrazların yerləşdirilməsi zamanı hərrac qiyməti 1 001,6700 manat olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 200 000,00 manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 25 mln. manat olub.
Qeyd edək ki, istiqrazların ödəmə tarixi 06 iyun 2035-ci ildir.