Hərracda tələb təklifi 4 dəfədən çox üstələyib

13 fevral 2018-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0105002692 ISIN kodlu, tədavül müddəti 782 gün olan 30.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

BBN.az xəbər verir ki, AZ0105002692 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 128.2 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 30.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 101.7886(gəlirlilik 10.0000%) səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, istiqrazların ödəmə müddəti 11 fevral 2020-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır