Hərracda tələb təklifi üstələyib

14 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106002642 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 5 investor tərəfindən qiyməti intervalı 100.0000 AZN (15.0000%) və 114.0704 AZN (9.50000%) olan 9 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 105.8458 AZN (12.5999%), orta ölçülmüş qiyməti 109.3694 AZN (11.2349%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 213 000.00 yerləşdirilmiş həcmi isə 10 mln manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi – 10 noyabr 2020-ci  ildir.

Qeyd edək ki, hərrac iştirakçıları 15 noyabr 2017-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır