12 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105005646 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 91.7196 AZN və 100.1754 AZN olan 11 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.3013 AZN (15.0000%), orta ölçülmüş qiyməti 95.7708 AZN (13.4825%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 31 263 200,00 yerləşdirilmiş həcmi isə 20 mln manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi –10 dekabr 2019-ci ildir.
Hərrac iştirakçıları 13 dekabr 2017-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.