25 iyul 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102017545 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 15 investor tərəfindən 31 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 78,979,200.00 təşkil edib.
Sifarişlər 93.0766 AZN (15.0000%) və 96.1640 AZN (8.0441%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 95.4106 AZN (9.7000%), orta ölçülmüş qiyməti 96.0267 AZN (8.3439%) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.07.2017 tarixində həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20,000,000.00 AZN təşkil edib.
Qeyd edək ki, istiqrazların ödəmə tarixi 23.01.2018-ci ildir.