Hərracda tələb təklifi üstələyib

26 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100358S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 50 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 7 investor tərəfindən 9 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 127,709,200.00 AZN təşkil edib. Sifarişlər 99.2278 AZN, yəni 10.01% və 99.2278 AZN, yəni 10.01% qiymətində təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti – 99.2278 AZN (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.07.2017  tarixində həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 50,000,000.00 AZN manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, notların ödəmə tarixi 23.08.2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır