2 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100159S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 150 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 10 investor tərəfindən 14 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 337,394,700.00 AZN təşkil edib.
Sifarişlər 99.2278 AZN (10.01%)qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti – 99.2278 AZN (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 02.08.2017 tarixində həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 150,000,000.00 AZN manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, notların ödəmə tarixi 30.08.2017-ci ildir.