24 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105009556 ISIN-li, 5 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 100.0000 AZN (15.0000%) və 110.9547 AZN (8.9000%) olan 10 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 109.0526 AZN (9.9000%), orta ölçülmüş qiyməti 110.6120 AZN (9.0785%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 13 151 800.00 yerləşdirilmiş həcmi isə 5 mln manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi – 22 oktyabr 2019-cu ildir.
Qeyd edək ki, hərrac iştirakçıları 25 oktyabr 2017-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidir.