BBN.az portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Burada yerli banklarda milli valyutada verilən aqro kreditlərin faiz dərəcələri təqdim edilib. Araşdırmaya əsasən, manatla aqro kredit verən bankların faiz dərəcələri 18-28% aralığında müəyyən edilib. Belə ki, banklar arasında milli valyutada verilən ən yüksək faiz dərəcəsi 28%-lə “AccessBank ” QSC -yə, ən az faiz dərəcəsi isə 18%-lik göstərici ilə “Rabitəbank” ASC -yə məxsusdur.
Bankın adı | İllik faiz (%) | Məbləğ, manatla | Müddət (ay) | Komisiya haqqı (%) | Məhsulun adı |
AccessBank QSC | 19-28 | 300-30000 | 6-60 | 1-2 | Aqrokreditlər |
AtaBank ASC | 18-27 | – | 24 | – | Biznes kreditləri |
Azərbaycan Sənaye Bankı ASC | 6 | – | – | 1 | SKMF |
Bank Respublika ASC | 26-28 | 20000-500000 | – | 1-2 | Kiçik və orta biznes kreditləri
|
Expressbank ASC | 20-25 | 30000-1000000 | 36 | – | Biznes kreditləri
|
Xalq Bank ASC | 6 | 15000 | 36 | 0.1 | SKMF |
Kapital Bank ASC | 6 | – | – | – | SKMF |
NBC Bank | 23-24 | 100000 | 1-36 | 1-1.5 | Kiçik biznes krediti
|
Paşa Bank ASC | – | 50000-500000 | 24-84 | – | Kənd Təsərrüfatının maliyyələşdirilməsi (Aqrokreditlər)
|
Rabitəbank ASC | 18 | 15000-dən yuxarı | 6-24 | 0.6-1 | Biznes kreditləri |
Unibank KB ASC | 20 | 20000-300000 | 36 | 1 | Keçid |
Qeyd edək ki, “TuranBank” ASC-də mikro kredit, kiçik həcmli kredit, orta həcmli kredit, iri həcmli kredit məhsulları mövcuddur. Hər bir kredit məhsulunun da özünəməxsus şərtləri vardır. Adları çəkilən kredit məhsullarının şərtləri ilə tanış olmaq üçün Xüsusi layihə kreditləri linkinə daxil olub məlumatlana bilərsiz.“Azərbaycan Sənaye Bankı” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “Rabitəbank” ASC və “TuranBank” ASC Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə 6 %-lə aqrokredit təklif edir.