Hansı banklar lombard krediti verir? – ARAŞDIRMA

BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda banklarda milli və xarici valyutada verilən lombard kreditlərinin faiz dərəcələri təqdim edilib.

Lombard kreditinin verilməsi “Bank Avrasiya” ASC, “Bank BTB” ASC, Bank Melli İran Bakı filialı, “Bank Respublika” ASC, “Expressbank” ASC, “Rabitəbank” ASC, NİKOYL Bank İKB ASC və Turanbank ASC tərəfindən həyata keçirilib.

Banklarda Milli valyutada verilən lombard kreditlərinin orta faiz dərəcələri 29.14%-dir. Milli valyutada verilən kreditin minimum faiz dərəcəsi “Turanbank” ASC-yə (22%) və maksimum faiz dərəcəsi isə “Bank Respublika” ASC-yə (36%) məxsusdur.

Müştərilərə xarici valyutada lombard kreditini yalnız NİKOYL Bank İKB ASC (27.5%) təklif edib.

Banklar

Milli valyutada verilən kredit (%)

 

Xarici valyutada verilən kredit (%)
3 ay 6 ay  illik 18 ay 24 ay

illik

Bank Avrasiya ASC

    27    
Bank BTB ASC 28 28 30 32 34

Bank Melli İran Bakı filial

    26    
Bank Respublika ASC 26 36 36 36 36

Expressbank ASC

    33    
NİKOYL Bank İKB ASC      –    

27.5

Rabitəbank ASC

24 28 30 32 36
TuranBank ASC     22    

Qeyd edək ki, cədvəldə qeyd edilən faiz dərəcələri bankların rəsmi internet səhifələrində 1 dekabr tarixinə olan məlumatlara əsasən götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır