Hansı banklar təhsil krediti verir?-ARAŞDIRMA

BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda banklarda milli və xarici valyutada verilən təhsil kreditlərinin faiz dərəcələri təqdim edilib.

Azərbaycanda təhsil kreditlərini Xalq Bank ASC, Turan Bank ASC və Bank VTB (Azərbaycan) ASC verib. Təhsil krediti Bank VTB (Azərbaycan) ASC- də milli valyutada 19%-lə, Xalq Bank ASC-də xarici valyutada 16-20%-lə, TuranBank ASC-də isə həm milli valyutada, həm də xarici valyutada 29%-lə hesablanıb.

Banklar Milli valyutada verilən kredit (%) Xarici valyutada verilən kredit(%)
illik illik
Bank VTB (Azərbaycan)ASC 19
Xalq Bank ASC 16-20
TuranBank ASC 29 29

Qeyd edək ki, cədvəldə qeyd edilən faiz dərəcələri bankların rəsmi internet səhifələrində 1 dekabr tarixinə olan məlumatlara əsasən götürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır