BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda banklarda milli və xarici valyutada verilən valyuta əsasında təminatlı kreditlərin faiz dərəcələri təqdim edilib.
Valyuta əsasında verilən təminatlı krediti beş bank tətbiq edib ki, həmin kreditlərin də dördü milli valyutada verib, bunların da müvafiq olaraq faiz dərəcələri 16% (Bank Melli İran Bakı filialı), 24% (NİKOYL Bank İKB ASC), 25% (Kapital Bank ASC) ,30% (Bank Respublika ASC) olub. Yapı Kredi Bank Azərbaycan QSC isə həm milli valyutada (20%), həm də xarici valyutada (12%) kredit verib.
Banklar | Milli valyutda verilən kredit (%) | Xarici valyutada verilən kredit (%) | ||||
illik | 24 ay | 36 ay | illik | 24 ay | 36 ay | |
Bank Melli İran Bakı filialı | 16 | – | ||||
Bank Respublika ASC | 30 | – | ||||
Kapital Bank ASC | 25 | – | ||||
NİKOYL Bank İKB ASC | 24 | – | ||||
Yapı Kredi Bank Azərbaycan QSC | 20 | 19 | 18 | 12 | 11 | 10 |
Qeyd edək ki, cədvəldə qeyd edilən faiz dərəcələri bankların rəsmi internet səhifələrində 1 dekabr tarixinə olan məlumatlara əsasən götürülüb.