BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda 36 və 48 aylıq milli valyuta əmanəti üçün təklif edilən faiz dərəcələrinə görə bankların sıralaması tərtib edilib.
İlk olaraq onu demək olar ki, əksər banklarda fiziki şəxslər üçün əmanət faizləri 7.25-12.5% arasında dəyişir.
Manatla depozit yerləşdirmək üçün 36 aylıq ən yüksək faiz təklif edən bank “TuranBank” ASC (12.5%), minimum faiz dərəcəsi təklif edən bank isə “Ziraat Bank Azerbaycan” ASC (7.25%)-dir.
Milli valyutada 48 aylıq depozit yerləşdirmək yalnız “AccessBank” QSC və “AtaBank” ASC-də mümkündür.
Ümumi siyahı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Banklar |
Müddətlər üzrə faiz dərəcəsi (%) |
Minimal məbləğ, milli valyutayla
|
Əmanətin adı
|
|
36 ay |
48 ay |
|
||
AccessBank QSC |
8 | 8 | 50 | “Yığım” əmanəti |
Amrahbank ASC | 9 | – | 50 | |
AtaBank ASC |
11 | 11.25 | 500 | “Universal” əmanət |
Azərbaycan Beynəlxalq Bankı ASC | 8.5 |
|
||
Bank BTB ASC |
11 | – | 100 | “Müddətli” əmanət |
NİKOYL Bank İKB ASC | 10 | – | 100 | |
TuranBank ASC |
12.5 | – | 100 | |
Unibank KB ASC |
10.5 | – | 500 | “Müddətli” depozit |
Yapı Kredi Bank Azərbaycan QSC | 8 | – | 250 | |
Ziraat Bank Azerbaycan ASC |
7.25 | 1000 |
Qeyd edək ki, “Paşa Bank ASC” faiz dərəcələrini fərdi qaydada müəyyənləşdirir.