BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda banklarda milli valyutada verilən avtomobil kreditlərinin faiz dərəcələri təqdim edilib.
Belə ki, avtomobil krediti verən bankların təklif etdiyi faiz dərəcəsi 10-28% arasında dəyişib. Bankların içərisində ən aşağı faiz dərəcəsi “NBCBank ASC”də (10-26%), “AtaBank ASC”də (15-20%), “Naxçıvanbank ASC”də (16-18%) qeydə alınıb.
Ən yüksək faiz dərəcəsi isə “AccessBank ASC”yə (25-28%) məxsus olub.
Bankın adı | İllik faiz (%) | Maksimum məbləğ,
manatla |
Müddət
(ay) |
İlkin ödəniş (avtomobilin qiyməti üzrə) |
AccessBank QSC | 25-28 | 50 000 | 24 | 40%-50% |
AtaBank ASC | 15-20 | – | 60 | 40%-50% |
Bank BTB ASC | 25-27 | 80 000 | 36 | 40%-80% |
Bank Melli İran Bakı filialı | 18-25 | 10 000 | 36 | – |
Bank VTB (Azərbaycan)ASC | 21 | minimum 3000 | 6-60 | 40%-50% |
Günay Bank ASC | 18-20 | 200 000 | – | – |
Naxçıvan Bank | 16-18 | 50 000 | 36 | – |
NBCBank ASC | 10-26 | 500 000 | 60 | – |
Rabitəbank ASC | 18-22 | – | 36 | 40%-50% |
TuranBank ASC | 18-20 | 50 000 | 36 | 40%-50% |
Yapı Kredi Bank Azərbaycan QSC | 23-24 | minimum 3000 | 12-36 | 40%-80% |