Hazırda ölkədə 200 min artıq kiçik və orta biznes subyekti fəaliyyət göstərir

Bu haqda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Daşınar əmlakın yüklülüyü islahatı” Konfransında çıxışı zamanı bildirib.

Azərbaycan iqtisadiyyatında da kiçik və orta sahibkarlıq forması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun dinamik inkişafının aparıcı qüvvəsinə çevrilmək potensialına malikdir. Hazırda ölkədə, əksər hissəsi (70%-dən çoxu) ticarət və xidmət (nəqliyyat, turizm və s.) sektorlarında olmaqla, 200 mindən artıq kiçik və orta biznes subyekti fəaliyyət göstərməkdədir. Bu baxımdan kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyələşdirmə mexanizmlərinin işlənib hazırlanması qeyri-neft iqtisadiyyatının yüksək və dayanıqlı artım tempinin təmin olunmasının, eləcə də ixrac potensialının artırılmasının ən effektiv alətlərdən biri olmaq imkanına malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır