Ölkənin ən böyük onlayn ödənişlər portalı olan www.hesab-az istifadəçilərinə avtomobillərin icbari sığortasını onlayn şəkildə rahat və təhlükəsiz almaq imkanını yaradır. Belə ki, istifadəçilər sistemdə olan iki sığorta şirkətindən birini seçərək icbari sığorta polisini rahatlıqla əldə edə bilərlər. Hal-hazırda “Atəşgah Sığorta” və “PAŞA Sığorta” şirkətlərindən birini seçərək sığortanı əldə etmək mümkündür.
Sığortanı əldə etmək üçün müştəri www.hesab.az portalına daxil olur və “Sığorta” bölməsini seçərək avtonəqliyyat vasitəsi barədə məlumatları daxil edir. Məlumatları daxil etdikdən sonra “Atəşgah Sığorta” və ya “PAŞA Sığorta” şirkətini seçib ödənişi edir. Bundan sonra sığorta şəhadətnaməsi qüvvəyə minir. Bütün bu prosses cəmi 1 dəqiqə ərzində həyata keçirilir və müştəri heç bir yerə getmədən rahatlıqla öz komputeri və ya telefonu vasitəsilə bütün bu əməliyyatları apara bilər. Ödəniş zamanı müştərin kart məlumatları tam təhlükəsiz şəraitdə qorunur.
Hesab.az-la icbari sığorta almağın daha bir üstünlüyü də odur ki, növbəti il icbari sığorta polisinin bitmə vaxtı yaxınlaşdıqda, portal tərəfindən müştəri məlumatlandırılır və müştəri öz polisini yeniləyə bilir. Artıq minlərlə insan hesab.az portalınından sığorta alaraq bu xidmətin üstünlüklərindən faydalanıb.
Qeyd edək ki, əgər rahat və təhlükəsiz şəraitdə icbari avtomobil sığortası almaq istəyirsinizsə sadəcə www.hesab.az portalına daxil olun və şəxsi kabinetinizi daxil olaraq sığorta bölməsini seçib öz sığortanızı əldə edin.