Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunub:
- Dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair;
- Dövlət büdcəsindən Sumqayıt şəhər Səhiyyə Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair.
Kollegiyaya dəvət olunmuş Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev, Sumqayıt şəhər Səhiyyə şöbəsinin mərkəzləşmiş mühasibatlığının baş mühasibinin iqtisadi məsələlər üzrə müavini İradə Məmmədova və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun Texnologiyalar üzrə direktor müavini Rəşid Ələkbərov, baş mühasib Leyla Quliyeva müzakirələrdə iştirak edib, Kollegiya üzvlərinin suallarını cavablandırıb.