Hesablama Palatasının əməkdaşı Vyana şəhərində keçirilən təlimlərdə iştirak edib

Hesablama Palatasının İcmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyev Avstriyanın Vyana şəhərində “Orta-Müddətli Büdcə Çərçivəsi, Fiskal qaydalar və Fiskal Şuralar: Fiskal dayanıqlılığın təmin edilməsi imkanları kimi” mövzusunda keçirilən təlimdə iştirak edib.

Təlimə 17 ölkədən 30 nəfər iştirakçı qatılıb. Təlimi Birləşmiş Vyana İnstitutunun direktor müavini Martın Şindler açıb. Təlim 3 istiqaməti əhatə etməklə  fiskal qaydalar, Orta Müddətli Xərclər Çərçivəsi və Fiskal Şuralarla bağlı beynəlxalq təcrübəyə həsr edilib və bu istiqamətdə müxtəlif təqdimatlar olub.

Qeyd edək ki, təlimdə fiskal siyasətin həyata keçirilməsinə məsul qurumların fəaliyyəti ilə yanaşı alternativ makroiqtisadi o cümlədən, büdcə parametrlərinin geniş təhlilini və qiymətləndirilməsini apara biləcək institutların – fiskal şuraların yaradılması ilə bağlı məruzə də təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır