Hesablama Palatasının nümayəndə heyəti EUROSAI-ın X Konqresində iştirak edib

2017-ci ilin 22-24 may tarixlərində Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti  EUROSAI-ın Türkiyənin İstanbul şəhərində keçirilən X Konqresində iştirak edib. Konqres EUROSAI-ın ali orqanıdır və üç ildən bir keçirilir. Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti səmərəlilik auditi,  ətraf mühitin auditi, informasiya texnologiyalarının auditi, birgə auditlərlə bağlı qabaqcıl təcrübələr və digər qurumlarla əməkdaşlıq, o cümlədən beynəlxalq standartların dövlət auditi qurumlarında istifadəsi, Dayanıqlı İnkişaf məqsədlərinin nail olunmasında Ali Audit qurumlarının rolu kimi məsələləri əhatə edən işçi toplantılarda müzakirələr aparıb

Yekun olaraq Konqres EUROSAI-ın müxtəlif İşçi Qruplarının hesabatlarını, EUROSAI Katibliyinin hesabatını, təşkilatın yeni büdcəsini, EUROSAI-ın 2017-2023-cü illər üzrə Strateji Planını, həmçinin nəticələr və tövsiyələr sənədini qəbul edib.

Qeyd edək ki, Konqresin sonuncu günü səsvermə keçirilib və növbəti, XI Konqresin Çex Respublikasında keçirilməsi qərara alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır