Hesablama Palatasının sədri Milli Məclisin plenar iclasında çıxış edib

Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2017-ci ili tarixli plenar iclasında “2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə olunub. Hesablama Palatasının sədri  Qanun layihəsi və hesabata dair Hesablama Palatasının rəyi ilə bağlı çıxış edib.

Qeyd edək ki, Hesablama Palatasının sədri Hesablama Palatası Kollegiyası tərəfindən dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabata müsbət rəy verildiyini vurğulayıb. Həmçinin V.Gülməmmədov, 2016-cı ildə fiskal və monetar siyasətin qarşılıqlı şəkildə uyğunluğunun təmin edilməsi, milli valyutanın üzən məzənnə rejiminin tələbləri çərçivəsində tənzimlənməsi, pul siyasəti alətlərindən çevik istifadə, fiskal intizamın gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, vergi inzibatçılığının və maliyyə sistemində institusional bazasının gücləndirilməsi üzrə mühüm addımlar haqqında danışıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır