Hesablama Palatasının üzvü, auditor Firsənd Qurbanov Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmiş elmi konfransda iştirak edərək elmin maliyyələşdirilməsi ilə bağlı məsələlər üzrə məruzə edib.
F. Qurbanov respublikamızda elm müəssisələrində elmi tədqiqat işlərinin müasir standartlar səviyyəsində aparılması, ölkənin elmi kadr potensialının, eləcə də onun sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası, elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmi-tədqiqat qurumlarının maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması və bu kimi digər tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Sonda Hesablama Palatasının Auditoru nümunə olaraq bir neçə ölkənin təcrübəsinə əsaslanan məlumatları konfrans iştirakçıları ilə bölüşərək bu sahədə təkliflərini diqqətə çatdırıb.