Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar KİV nümayəndələri arasında “Heydər Əliyev və iqtisadi islahatlar” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.
Müsabiqəyə təqdim ediləcək məqalələr 8 min işarədən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalı, Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də yerləşdirilməli, materialların sonunda “İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir” qeydi göstərilməlidir.
Materiallar KİV nümayəndəsinin vəsiqəsinin sürəti ilə birlikdə 20 aprel 2017-ci il tarixinədək İqtisadiyyat Nazirliyinə təqdim edilməli və elektron formadavusala.guliyeva@economy.gov.az ünvanına göndərilməlidir.
Qaliblər mükafatlandırılacaqdır.