Heyvandarlığın inkişafına həsr edilən zona müşavirələri keçirilib

Zaqatala və Sabirabad rayonlarında  damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili, heyvanların süni mayalandı- rılmasında istifadə olunan genetik materialın keyfiyyətinə nəzarətin həyata keçirilməsi, yem bazasının yaradılması imkanlarının genişləndirilməsi və ayrı-ayrı yem bitkiləri haqqında məlimatlılığın artırılması, əhatə bölgələri üçün xarakterik olan  heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirələri keçirilib.

Zaqatala rayonunda keçirilmiş müşavirədə Qax, Zaqatala və Balakən rayonlarından, Sabirabad rayonunda keçirilən müşavirədə isə Saatlı, Sabirabad, Hacıqabul, Cəbrayıl rayonları və Şirvan şəhərindən heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma mütəxəssisləri, heyvandarlıq  mütəxəssisləri, arıçılar və fermerlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır