Hindistan bankı ilk interaktiv ödəmə kartını istifadəyə verib

Pune mərkəzli “IndusInbank” yeni düyməli kredit kartını müştərilərinin istifadəsinə təqdim edib.

Belə ki, NEXXT adlanan bu kartın üzərindəki düymələrdən istifadə etməklə həyata keçirəcəkləri ödəmənin növünü seçə bilərlər. Ödəniş alternativləri arasında kartın balansı ilə yanaşı, qazanılmış bonuslardan istifadə və əlavə borc götürmək imkanı da mövcuddur. Əlavə borc götürülməsi funksiyası heç bir sənədləşdirmə tələb etmir.

Qeyd edək ki, NEXXT kartı Pitsburq mərkəzli DYNAMICS şirkətinin texnologiyası əsasında hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır