Bu ölkədə hökumət tarifləri və vergi dərəcələri azaldılacaq

Çin Xalq Respublikasının Baş naziri Li Kesyan bu yaxınlarda açıqladığı hesabatda qeyd edib ki, hökumət tarifləri və vergi dərəcələrini aşağı salmaqla malların idxalını əsaslı şəkildə genişləndirməyi və ölkə iqtisadiyyatına xarici investisiya axınlarını artırmağı planlaşdırır.

Hesabatda bildirilib ki, hüquqi və fiziki şəxslərdən tutulan vergilərin həcminin azaldılması 800 milyard yuandan (12,6 milyard ABŞ dolları) artıq təşkil edəcək.

BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, Çində avtomobillərin və bir sıra digər istehlak mallarının idxalından tutulan vergilər də azaldılacaq.

Qeyd edək ki, ölkəyə daha çox xarici investisiya cəlb etmək məqsədilə xarici investorların Çin ərazisində yenidən investisiya kimi qoyulan gəlirləri vergidən azad olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır