Hökumət Ödəniş Portalı üzrə ödənişlərin həcmi artıb

“2016-ci ilin son 10 ayı ərzində həyata keçirilmiş ödənişlərin sayı 24,7 mln. ədəd, həcmi 1 631,3 mln. manat,orta günlük ödənişlərin sayı 110 min ədəd, həcmi isə 10,2 mln. manat təşkil edib. Təşkilatlar üzrə xidmətlərin ümumi sayı 409 ədəd təşkil edir.

Qeyd edək ki, 2015-ci il ərzində həyata keçirilmiş ödənişlərin sayı 27,9 mln. ədəd, həcmi 1 395,1 mln. manat təşkil edib.”

Bu barədə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Hökumət Ödəniş Portalının təminatı şöbəsinin rəisi Fərid Vəliyev  İlk Bankçılıq Forumunun “Gələcəyin bankları: yeni texnologiyaların gətirdiyi imkanlar və risklər” panelində çıxışı zamanı bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır