“Holcim (Azerbaijan)” ötən ili zərərlə başa vurub

“Holcim (Azerbaijan)” ötən ilin  maliyyə göstəricilərini açıqlayıb. Belə ki, 2016-cı ildə şirkətin aktivləri hesabat dövründən əvvəlki illə müqayisədə 5.6 % artaraq  342,561 mln. manat təşkil edib. Şirkətin cəmi kapitalı 2015-ci ilə nəzərən 18 % azalaraq 121.169 mln. manat olub.  2016-cı ildə şirkətin gəlirləri 77,955 mln. manat, xərcləri isə 111, 203 mln. manat təşkil edib. Bu da hesabat dövründən əvvəlki illə müqayisədə müvafiq olaraq 7,9% və ya 46, 5% azalma deməkdir.

“Holcim (Azerbaijan)” ötən ili 27,008 mln. manat zərərlə başa vurub.  Qeyd edək ki,  şirkət 2015-ci ildə 99,138 mln. manat  zərər açıqlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır