Yaponiya mərkəzli nəhəng avtomobil istehsalçısı “Honda” özünün Türkiyədə yerləşən avtomobil zavodlarını bağlayacağını bildirib. Belə ki, bağlanma prosesi “Honda Civic Sedan” modelinin istehsalının bitirilməsi ilə sonlanacaq. Şirkətin açıqlamasına görə isə, bu 2021-ci ilə təsadüf edəcək.
Şirkət beynəlxalq bazarda səmərəli istehsal həcminə nail olmaq və eləcə də elektriklə işləyən avtomobillərin istehsalına daha çox resurs yönləndirmək məqsədilə belə bir addım atdığını vurğulayıb.
“Honda” Türkiyədə nəqliyyat idxalı və distribyutorluq xidmətlərini davam etdirəcəyini açıqlayıb. Həmçinin, bu qərarın motosiklet istehsalına heç bir təsiri olmayacaq.