HR Forum keçiriləcək

15 Sentyabr 2018-ci il tarixində Bakı şəhərində «İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübələri» mövzusunda HR Forum keçiriləcək.

BBN.az xəbər verir  ki, forumun məqsədi Azərbaycan insan resursları peşəkarları ilə insan resurslarının idarə olunması sahəsində qabaqcıl Azərbaycan təcrübələrini bölüşmək, fikir mübadiləsi aparmaq və bu sahədə Azərbaycan modelinin yaradılmasına təkan verməkdir.

Forum Azərbaycan İnsan Resursları Cəmiyyəti (HRS), ADA Universiteti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) birgə təşkilatçılığı ilə keçirilir.

Forum HR menecerlər, HR mütəxəssislər, HR sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər, məsləhətçilər və HR sahəsində ixtisaslaşmaq istəyən vətəndaşlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, daha ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün link –dən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır