15 sentyabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzinin və Azərbaycan İnsan Resursları Cəmiyyətinin təşkilatçılığı, ADA Universiteti, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) təşkilati dəstəyi ilə “İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübələri” mövzusunda HR Forum keçirilib.
Forumun məqsədi Azərbaycan insan resursları peşəkarları ilə insan resurslarının idarə olunması sahəsində qabaqcıl Azərbaycan təcrübələrini bölüşmək, təcrübə mübadiləsi aparmaq və bu sahədə Azərbaycan modelinin yaradılmasına təkan vermək olub.
Forumun açılışı zamanı ADA Universitetinin Prorektoru Fariz İsmayılzadə, ASK Prezidenti Məmməd Musayev, AMCHAM Azerbaijan İcraçı direktoru Natavan Babayeva, ABTC direktoru, HRS sədri Cavanşir Abdulayev çıxış edib.
Ümumən 2 paneldən ibarət olan Forumda, hər panel üzrə 4 spiker öz təcrüblərini bölüşüb. Birinci paneldə Rabitəbank ASC İdarə Heyətinin Sədri Elçin Qədimov, BP Azərbaycan şirkətinin Əməliyyatlar üzrə Meneceri və AMCHAM-ın HR Komitəsinin Sədri Elnarə Məmmədova, Azərsun Akademiyasının Direktoru Cəlal Eynullayev, Gilan Holdinqin İnsan Resursları Funksiyasının Rəhbəri Allaherdi Bağırov, ikinci paneldə isə Azerconnect LLC-nin HR Direktoru Mətanət Babayeva, Swift Engineering Şirkətinin Biznes Xidmətləri Departamenti Əməliyyat meneceri Fazilə Əskərova , İnsan resursları və stress menecment üzrə ekspert Həlimə Qəmərlinskaya və ABTC-nin Direktoru Cavanşir Abullayev təqdimatla çıxış edib.
Müştəlif təşkilatların HR menecer və mütəxəssisləri, habelə HR sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər və məsləhətçiləri bir araya gətirən Forumda bu sahədə ən qabaqcıl Azərbaycan təcrübələri müzakirə edilib.