1 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda hasilat sənayesində şəffaflığa dair 2016-cı il üzrə hesabatın təkmilləşdirilməsi və yekunlaşdırılması məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun ilk iclası keçirilib.
Qeyd edək ki, iclas zamanı İşçi Qrup üzvləri 2016-cı il üzrə HSŞ Hesabatını ətraflı müzakirə edib, növbəti il üzrə HSŞ hesabatının təkmilləşdirilməsi ilə bağlı təkliflər verib.