“Huawei Pay” xarici bazara ilk addımlarını atıb

Çin mərkəzli informasiya və kommunikasiya texnologiyaları provayderi olan “Huawei” şirkətinin məhsullarından olan “Huawei Pay” ödəniş sistemi ilk dəfə xarici bazara çıxarılıb. Belə ki, məhsulun növbəti təqdim olunduğu ölkə Rusiya Federasiyası olub.

Sözü gedən yenilik çərçivəsində, Gazprombank və Rossselxozbank-ın yalnız “UnionPay” ödəniş sistemi kartlarından istifadə edən şəxslər “Huawei Pay” ödəmə texnologiyasından istifadə edə biləcəklər. İl ərzində “Huawei” şirkəti Rusiya tərəfdaş bankların siyahısını genişləndirməyi planlaşdırı.

Qeyd edək ki, hal-hazırda dövriyyədə Rusiyanın 10 bankı tərəfindən buraxılan 1.3 milyon “UnionPay” loqolu kart mövcuddur.

“UnionPay” ilə əməkdaşlıq çərçivəsində, sözügedən xidmətin gələcəkdə Şərqi Avropa ölkələrində istifadəyə verilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır