Hüquqi şəxsə dividend ödənilərkən mənfəət vergisinə cəlb olunurmu?

Hüquqi şəxsə dividend ödənilərkən mənfəət vergisinə cəlb olunurmu?

BBN.az xəbər verir ki, bu suala Vergilər Nazirliyinin rəsmi saytında cavab verilib.

Bildirilib ki, Vergi Məcəlləsinin 122-ci maddəsinin müddəalarına uyğun olaraq dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən ödəmə mənbəyində vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.

Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır