Fərdi sahibkar və hüquqi şəxs müştərilərin hesablarından vəsaitlərin nağdlaşdırması əməliyyatı ilə fiziki şəxs hesablarına köçürmə əməliyyatlarına mahiyyət etibarı ilə eyni cür yanaşmaq olarmı?
Hüquqi şəxslər fiziki şəxslərə təyinatsız və müqaviləsiz pul köçürə bilməzlər. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Azərbaycan Banklar Assosiasiyasına (ABA) daxil olan cavabında bildirilib. Belə ki, hüquqi şəxslər fiziki şəxslərə maddi yardım və ianə təyinatı ilə mənfəətdən pul köçürə bilərlər. Fərdi sahibkarlar hesabındakı mənfəətini limitsiz qaydada fiziki şəxslərə köçürə bilərlər. Nağdlaşdırma əməliyyatı ilə köçürmə əməliyyatlarına eyni yanaşma tətbiq edilməməldir.
Nağdlaşdırmaya qoyulan məhdudiyyət köçürmələrin stimullaşdırılması məqsədi daşıyır.